Putin Rusiyada bir günlük matəm elan edib

Dünya

23.03.2024 - 21:34

cedabet Klinikalar SEO Xidməti

“İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”

“Terror aktı nəticəsində zərərçəkən bütün ailələrə, yaralılara və xəsarət alanlara lazımi yardım göstərəcəyik. Yaxınlarını itirən hər kəsə dərindən, səmimi başsağlığı verirəm. Bütün ölkə, bütün xalqımız sizinlə birlikdə ağlayır. 24 martı ümumxalq hüzn günü elan edirəm”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Prezident bildirib ki, Moskvada və ətrafında, ölkənin bütün bölgələrində təxribat əleyhinə əlavə tədbirlər görülüb: “İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”.

Xatırladaq ki, son məlumata görə, martın 22-də Moskvada  “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 143-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş