Putin Moskva merinin seçkisində onlayn səs verəcək

Dünya

07.09.2023 - 16:46

cedabet dərman SEO Xidməti

Peskov: “Prezidentin iş qrafiki olduqca sıxsır”

Rusiya Prezidenti Vladimir Putin Moskva meri seçkilərində onlayn səs verəcək. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentin iş qrafiki olduqca sıxdır. Bildiyimə görə, o, Moskva meri seçkilərində onlayn səs vermək niyyətindədir”, - deyə Peskov qeyd edib.

Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, qarşıdan gələn seçkilərdə 1,2 milyondan çox insan uzaqdan səs vermək istəyini ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş