PKK-dan daha bir xain əməl: 13 Türkiyə vətəndaşı qətlə yetirilib

Dünya

14.02.2021 - 11:14

Akar: “Əməliyyatlar zamanı həmçinin 48 terrorçu öldürülüb, ikisi isə sağ olaraq ələ keçirilib”

 

Türkiyənin 13 mülki vətəndaşı PKK terror təşkilatı tərəfindən qətlə yetirilib. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

Nazir qeyd edib ki, İraqın şimalında təşkil olunan “Pəncə Qartal - 2” antiterror hərəkatı zamanı 13 nəfər silahsız mülki vətəndaşın meyiti aşkarlanıb.

 

“Onlar terror təşkilatı tərəfindən xaincəsinə əsir alınaraq qətlə yetiriliblər. Əməliyyatlar zamanı həmçinin 48 terrorçu öldürülüb, ikisi isə sağ olaraq ələ keçirilib”, - Akar vurğulayıb.

 

Müəllif: Ayna.az