Peskov: "Rusiya ilə Ermənistan arasında problemli mövzular var"

Dünya

09.05.2024 - 01:37

Kremlin sözçüsü: "Söhbətin mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur"

Rusiya ilə Ermənistan arasında problemli mövzular var. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov "Moskva. Kreml. Putin" proqramına müsahibəsində söyləyib.

“Söhbətin mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur. Sözsüz, ikitərəfli münasibətlərimizdə müəyyən problemli mövzular var, lakin digər tərəfdən, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər sıx olarsa, ikitərəfli münasibətlərin kompleksi nə qədər geniş olarsa, bir o qədər müxtəlif problemlər yaranır və qarşımıza çıxır”, – o qeyd edib.

Xatırladaq ki, Ermənistan lideri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Müəllif: Ayna.az