“Pəncə Qaplan” əməliyyatı davam edir

Dünya

09.10.2020 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə və İraqın şimalında yeddi terrorçu məhv edilib

 

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdikləri antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatına daha bir sarsıdıcı zərbə vurub. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, “Pəncə Qaplan” əməliyyatı çərçivəsində Haftanin bölgəsində yerləri müəyyənləşdirilən 5 nəfər PKK terrorçusu dəqiq zərbələrlə məhv edilib.

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Şırnak bölgəsində həyata keçirilən “İldirim-1” antiterror əməliyyatı çərçivəsində iki silahlı terrorçu zərərsizləşdirilib. Aviasiya vasitələrinin dəstəyi ilə həyata keçirilən xüsusi əməliyyat Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Təşkilatı tərəfindən birgə planlaşdırılıb. Daha bir terrorçu Mardində təhlükəsizlik qüvvələrinə təslim olub. Bununla da bu il ərzində təslim olan terrorçuların sayı 174-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş