Paşinyanı öldürmək istəyən separatçı saxlanılıb

Dünya

29.01.2021 - 11:09

Açıq qətl çağırışına görə Badasyan ciddi cəza ala bilər

 

Ermənistanın Baş naziri Nikol Paşinyanı ölümlə hədələyən Qarabağ separatçılarından olan Vaan Badasyan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

 

Onun terror çağırışı səbəbindən dindirildiyi qeyd edilir. Vurğulanır ki, açıq qətl çağırışına görə Badasyan ciddi cəza ala bilər.

 

Qeyd edək ki, Qarabağ terrorçularından olan Badasyan dünən açıqlamasında bildirib ki, Paşinyanı fiziki cəhətdən məhv etmək lazımdır.

 

Badasyan saxlanılan zaman da Baş naziri hədələyən çağırışları davam etdirib.

Müəllif: Ayna.az