Paşinyan yaxın günlərdə Moskvaya səfər edəcək

Dünya

11.09.2025 - 19:52

Ermənistanın Baş naziri Rusiya səfərində Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək və Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

"Düşünürəm ki, belə bir görüş nəzərdə tutulmasaydı, dövlət başçısı Moskvaya getməzdi. Dövlət başçısının səfəri istər rəsmi, istərsə də işçi, belə görüş olmadan baş tuta bilməz", - Simonyan jurnalistin sualını cavablandırarkən deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş