Paşinyan koronavirusdan sağaldığını açıqladı

Dünya

08.06.2020 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

“Hamımızın testlərimizin nəticələri mənfidir”

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusdan sağaldığını bildirib. AYNA xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.

 

“Ailə üzvlərimin təkrar testlərinin nəticələrini əldə etdik. Hamımızın testlərimizin nəticələri mənfidir. Vəzifəmin icrasına qayıtmışam”, Paşinyan deyib.

 

Paşinyanın iyunun 1-də koronavirusa yoluxduğu bildirilirdi. İddiaya görə, Baş Nazir seminarların birində koronavirus infeksiyası daşıyıcısı ofisiantdan yoluxub.

 

Qeyd edək ki, son 24 saat ərzində Ermənistanda 547 nəfərdə koronavirus aşkar edilib. Bununla da, təsdiqlənmiş yoluxma hallarının sayı 12,5 min nəfəri keçib. Ermənistanda ölənlərin ümumi sayı 259 nəfərə çatıb. Düşmən ölkədə beş gündür gündəlik artım 500 nəfərdən çoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş