Operativ Qərargahın peyvəndlə bağlı iclası keçirilib

Xəbərlər

31.03.2021 - 20:59

Baş nazir vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verib

 

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

 

Nazirlər Kabinetindən AYNA-ya bildirilib ki, iclasda Qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər.

 

İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti – yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub.

 

Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

 

Peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verilib.

Müəllif: Ayna.az