Prezident iki rayonun icra başçısını vəzifədən azad etdi

Xəbərlər

31.10.2019 - 15:51

Dövlət başçısı Xaçmaz və Yevlaxın rəhbərlərini işdən çıxarıb

 

Prezident İlham Əliyev iki rayonun icra başçısını vəzifədən azad edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ilk sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

 

Dövlət başçısının digər sərəncamında deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Müəllif: Ayna.az