Bir qadının tutulmasına fələstinlilərin sərt reaksiya göstərməsi qarşıdurmaya səbəb olub
İsrail polisi bu gün Məscidül-Əqsada camaata hücum edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hücuma səbəb olaraq məsciddə şirniyyat paylayan fələstinli bir qadının tutulmasına fələstinlilərin sərt reaksiya göstərməsi olub.
Lakin İsrail polisinin son bir ay ərzində cümə günləri səhər namazından sonra Məscidül-Əqsaya basqın edərək fələstinlilərə şiddət göstərdiyi açıqlanıb.
Qeyd edək ki, Şərqi Qüdsdə yerləşən, İsrailin 1967-ci ildə işğal etdiyi Məscidül-Əqsa müsəlmanların ilk qibləsi hesab olunur.