“Müharibə baş verərsə, Kalininqrad zərərsizləşdirilməlidir”

Dünya

09.05.2024 - 12:49

NATO-nun Avropadakı keçmiş komandanı: “Kalininqradda əhəmiyyətli hava və raket qüvvələri yerləşdirilib”

“Kalininqradda əhəmiyyətli hava və raket qüvvələri yerləşdirilib. Taktik nüvə silahları da ola bilər. Müharibə baş verərsə, Kalininqrad zərərsizləşdirilməlidir”.

AYNA xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı keçmiş komandanı Ceyms Stavridis “Bloomberg”ə yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, Rusiya şəhərinin zərərsizləşdirilməsi Litva və Polşa sərhədindən keçən Suvalki dəhlizinin Moskvanın nəzarətinə keçməməsi üçün lazımdır.

Stavridis həmçinin Kalininqradı Estoniya, Latviya, Litva və NATO-nun qalan hissəsi arasında coğrafi təpə adlandırıb.

Bundan əvvəl NATO-nun Avropadakı keçmiş baş komandanı bildirib ki, ABŞ Kiyevə silah tədarükünü davam etdirməsə, Ukrayna məğlubiyyətə düçar olacaq. Həmçinin, onun fikrincə, ölkədə əlavə səfərbərlik həyata keçirilməlidir.

Müəllif: Ayna.az