Moskvadan Ankaraya cavab: "Əməliyyata başlamağınız ən pis ssenari olacaq”

Dünya

19.02.2020 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Sergey Lavrov Ankara ilə Moskva arasındakı danışıqların heç bir nəticə vermədiyini açıqlayıb

 

Ankara və Moskvadan ardıcıl açıqlamalar iki ölkə arasındakı gərginliyi artırb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, vətəndaş müharibəsi, şiddət və xaosun heç vaxt dayandırılmadığı Suriyaya dair açıqlamalarından sonra Rusiyadan cavab gəlib.

 

AYNA xəbər verir ki, “Reuters” agentliyinin son dəqiqələrdə verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov mümkün əməliyyatla əlaqədar xəbərdarlıq edib: "Türkiyənin İdlibdə Suriya ordusuna qarşı başladacağı əməliyyat ən pis ssenari olacaq. Bu vəziyyətin qarşısını almaq üçün Türkiyə ilə Rusiya arasında dialoqun davam edir".

 

Bu açıqlamadan sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun mövzu ilə bağlı açıqlamaları yayılıb. O, keçirdiyi mətbuat konfransında Ankara ilə Moskva arasındakı danışıqlarda heç bir razılaşmanın əldə olunmadığını söyləyib.

 

"Dəməşq administrasiyasına bağlı hərbi qüvvələr bölgədə mövcudluğunu davam etdirir. İdlibdəki Suriya və Rusiya hərbi qüvvələrinə qarşı hücumlar var", - deyə Lavrov bildirib.

 

Qeyd edək ki, Ərdoğanın İdliblə bağlı açıqlaması ilə yanaşı, Türkiyənin Müdafiə naziri Hulusi Akar da İdlib mövzusuna toxunub. O, Türkiyə Böyük Millət Məclisində jurnalistlərin suallarını cavablandırarkən deyib: “Orada bir təhlükəsizlik, müdafiə məsələsi var, amma bundan əlavə, həqiqətən də insan faciəsi yaşanır. Rejim, həqiqətən də hava və quru hücumları ilə qeyri-insani fəaliyyət göstərir. Xəstəxanaları və məktəbləri güllələyiblər. İnkar etsələr də, fotoşəkillər var. Buna görə də axan qanı dayandırmaq, atəşkəsi təmin etmək əsas məqsədimizdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş