İstintaq İslamovların cinayətkar qrupun tərkibində olduqlarını ehtimal edir
Moskvada “Crocus City Hall”da törədilmiş terror aktı ilə bağlı daha üç nəfər saxlanılıb. Bu barədə AYNA rus mediasına istinadən bildirir.
Bildirilib ki, Amincon, Dilovar və İsroil İslamovlar məhkəməyə gətirilib. Moskva məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.
Vurğulanıb ki, Dilovar İslamov terrorda şübhəli bilinənlərin istifadə etdikləri “Renault” markalı avtomobilin sahibi olub. İstintaq digər saxlanılanlar – Amincon və İsroil İslamovların da cinayətkar qrupun tərkibində olduqlarını ehtimal edir.


