İqtidar müxalifətlə razılaşma əldə etdi

Dünya

06.08.2019 - 15:49

İttifaqa 21 ay hərbi xidmətçilərin, 18 ay mülki şəxslərin rəhbərlik edəcək

 

Sudan rəhbərliyi müxalifətlə razılaşma əldə edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Sudan hökuməti hərbi çevilişdən sonra bu qərara gəlib.

 

Hökumətin əsas məqsədinin siyasi böhranı aradan qaldırmaq istəyi olduğu qeyd olunub.

 

Razılaşmaya əsasən, hərbi və mülki şəxslərin qarışıq məclisinin keçirilməsi nəzərdə tutulub. Keçid dövrünün 3 il davam edəcəyi bildirilir.

 

İttifaqa 21 ay hərbi xidmətçilərin, 18 ay mülki şəxslərin rəhbərlik edəcəyi vurğulanıb.

Müəllif: Ayna.az