Ümumilikdə 347 946 nəfər koronavirusa yoluxub
Moskvada son sutka ərzində daha 54 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 5 850-yə çatıb.
Moskvada ümumilikdə 347 946 nəfər koronavirusa yoluxub (son sutkada 3 942), 268 423 nəfər sağalıb.