Moskvada koronavirus daha 69 nəfərin həyatına son qoyub

Dünya

14.11.2020 - 07:15

Paytaxtda ümumilikdə 497 mindən çox insan koronavirusa yoluxub

 

Moskvada son sutka ərzində daha 69 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 7 712-yə çatıb.

 

Moskvada ümumilikdə 497 mindən çox insan koronavirusa yoluxub, 358 mindən çox pasiyent xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş