Koronavirus can almaqda davam edir
Moskvada son sutka ərzində daha 8 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 5 033-ə çatıb.
Ümumilikdə Moskvada 274 mindən çox insan koronavirusa yoluxub, 234 mindən çox insan isə virusa qalib gəlib.