Moskvada daha 13 nəfər koronavirusdan ölüb

Dünya

03.09.2020 - 01:27

Ölənlərin hamısında pnevmoniya diaqnozu təsdiqlənib

 

Son sutkada Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 13 pasiyent ölüb.

 

AYNA xarici mətbuata  istinadən xəbər verir ki, bu barədə Koronavirusla Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

 

Məlumata görə, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 4 857 nəfərə çatıb.

 

“Moskvada 13 pasiyent vəfat edib. Onların hamısında pnevmoniya diaqnozu təsdiqlənib və koronavirus infeksiyası testləri müsbət nəticə verib”, - deyə xəbərdə bildirilir.

Müəllif: Ayna.az