Moskvada COVID-19 daha 12 nəfərin həyatına son qoyub

Dünya

12.09.2020 - 03:45

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4968 nəfərə çatıb

 

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.

 

AYNA xarici mətbuata istinadən istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

 

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib".

 

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4968 nəfərə çatıb.

 

Ümumilikdə Rusiyanın paytaxtında 269 777 koronavirus infeksiyasına yoluxma halları qeydə alınıb, 227 530 xəstə isə sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş