Erdem Eren: “Türkiyənin masada görünməməsi, əldə edilən qərarlara təsir etməyəcəyi anlamına gəlmir”
İsmayıl Tekpınar: “Kimsə Türkiyənin harada olduğunu bilmək istəyirsə, hər yerdə qarşılarına çıxa biləcəyini unutmasın”
Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirildi. 4 saat davam edən görüşün nəticəsi olaraq, 4 bənddən ibarət bəyanat imzalandı və sonra liderlər mətbuata bəyanatla çıxış ediblər.
Rusiya Prezidenti Vladimir Putin çıxışında 48 mindən çox köçkün və qaçqının artıq Dağlıq Qarabağa qayıtdığını, infrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparıldığını bildirib. Həmçinin, rusiyalı lider görüşü son dərəcə vacib və faydalı hesab etdiyini, razılaşmaların icrasının həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcəyini, o cümlədən Rusiya Federasiyasının mənaefeyinə uyğun olacağını vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev isə Bəyanatın bəndlərinin çox hissəsinin yerinə yetirildiyini bildirib: “Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə münaqişənin hələki nizamlanmadığını qeyd edib: “Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik”.
Görüşlə bağlı diqqət çəkən maraqlı bir məqam isə görüşün 2+2 deyil, 2+1 formatında, yəni, Türkiyənin iştirakı olmadan keçirilməsi olub. Bu da Türkiyə ictimai-siyasi mühitində müəyyən suallara səbəb olub.
AYNA görüşün formatı və gözləntilərlə bağlı türkiyəli ekspertlərə müraciət edib.
Türkiyəli politoloq, Türkiyə “Bəyaz Hərəkat” Dərnəyinin sədr müavini Erdem