Azərbaycanda daha 1202 nəfər COVID-19-a yoluxub

Aktual

11.11.2020 - 16:37

998 nəfər xəstəlikdən sağalıb, 18 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1202 yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 68 min 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 51 min 7 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib. Aktiv xəstə sayı 16702 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 467 min 842 test aparılıb. Bugünkü test sayı isə 10665-dir.

Müəllif: Ayna.az