Azərbaycanda COVID-19-la bağlı son vəziyyət <font color=red> AÇIQLANIB</font>

Aktual

10.12.2020 - 16:55

Daha 4219 nəfər koronavirusa yoluxub, 3562 nəfər sağalıb, 38 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 219 yeni yoluxma faktı qeydə alınıb, 3 562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, ötən müddət ərzində isə ümumilikdə 1 902 584 test aparılıb.

Müəllif: Ayna.az