Avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb
Mingəçevirdə 10-dan çox insanın xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub. Belə ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.
Bu zaman həyat yoldaşının avtomobili idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.
Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır.
14:51
Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib. AYNA APA-a istinadən bildirir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.
Qadın sürücünün idarə etdiyi avtomobil yeddisi azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.