Ələt-Astara yolunda dəhşətli qəza: 3 ölü, 4 yaralı

Hadisə

31.08.2019 - 00:48

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir

 

Bu saatlarda Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.

 

AYNA virtualaz.org-a istinadən xəbər verir ki, 1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib , 4 nəfər isə xəsarət aldıqlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

 

Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.

 

Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az