Sabunçu bazarındakı yanğın söndürülüb

Hadisə

28.11.2019 - 04:25

Müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb

 

Sabunçu bazarında yanğın baş verib.

 

AYNA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. 

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

***

 

Sabunçu bazarında baş verən yanğın söndürülüb.

 

AYNA FHN-ə istinadən xəbər verir ki, bazar ərazisində ümumi sahəsi 20 m² olan anbarın və hər birinin sahəsi 40 m² olan müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: Ayna.az