İntihara cəhdin səbəbi..."/>

Özünü sürdüyü "Hummer"lə birgə yandıran şəxslə bağlı DİN-dən açıqlama - <font color=red> İntihara cəhdin səbəbi...</font>

Hadisə

07.08.2019 - 08:24

2013-cü ildə avtomobilinə həbs qoyulub

 

Şəmkir rayonunda qeydə alınan insidentlə bağlı Daxili İşlər Nazirliyinin Qərb Regional Qrupundan rəsmi məlumat verilib. AYNA baku.ws-yə istinadən bildirir ki, baş inspektor Eşqin Qasımovun dediyinə görə, hadisə olan ərazi Şəmkir Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir.

 

Eşqin Qasımov: "Bu gün hadisə baş verən yer Şəmkir rayon Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir. Vaxtı ilə həmin ərazi DYP-nın dayanacaq yeri olub bu gün isə Şəmkir rayon DYP-nin dayanacağı deyil."

 

Eşqin Qasımov əlavə edib ki, hadisəyə səbəb Şəmkir rayon sakini Həsənov Fuad Aydın oğlunun banka külli miqdarda borcu olmasıdır. 2013-cü ildə məhkəmənin qərarı ilə həmin şəxsin avtomobilinə həbs qoyulub. İnsident də F.Həsənovun "Hummer" avtomobilini götürmək istəyərkən baş verib. Həmin şəxs heç bir polis əməkdaşı ilə konfilikt yaşamayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az