Yaralılar xəstəxanaya çatdırılıb
Türkiyənin Aydın vilayətinin Sultanhisar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Aydın-Dənizli yolu ilə hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində baş verib.
İlkin məlumata görə, sürücü qəfil yola çıxan iti vurmamaq üçün sərt dönüş edərkən idarəetməni itirib.
Avtobus Nazillidəki fabrikdən götürdüyü işçiləri aparırmış. Qəza nəticəsində 47 nəfər yaralanıb. Onların xəstəxanalara çatdırıldığı bildirilir.