Dünən gecə 22:47-də Təcili Yardıma çağırış gəlib
Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində bıçaqlanma hadisəsi baş verib. “Üzeyir” şadlıq evinin həyətində 2 nəfər bıçaqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, gecə 22:47-də Təcili Yardıma çağırış gəlib. Təcili Yardım qrupu hadisə yerinə gedib.
57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə (KTM) aparılıb.