Merkel üçün təyin olunan 3 koronavirus testi də mənfi olub
Almaniya Kansleri Angela Merkelin karantin prosesi başa çatıb. AYNA xarici mətbuata istnadən xəbər verir ki, bu barədə Almaniya hökümətinin sözcüsü Steffen Seibert açıqlama verib.
O, kanslerin işinə başladığını söyləyib.
Seibert Merkel üçün təyin olunan 3 koronavirus testinin də mənfi olduğunu xatırladıb.
Qeyd edək ki, martın 19-da Merkelə qoruyucu məqsədlər üçün sətəlcəm peyvəndi vuran həkimin koronavirus testi müsbət çıxdığı üçün martın 22-də kansler karantinə alınmışdı.