Makron Kiyevə yüzlərlə bomba və qanadlı raketlər vəd etdi

Dünya

17.01.2024 - 10:40

cedabet dərman SEO Xidməti

 “Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin mətnlərinin yekunlaşdığını elan edəcəyəm”

Fransa tezliklə Ukraynaya 40 SCALP qanadlı raketi, yüzlərlə bomba və bir sıra "Sezar" özüyeriyən artilleriya qurğusunu təhvil verməyə hazır olacaq. AYNA xəbər verir ki, bu barədə “Le Monde” Fransa Prezidenti Emmanuel Makronun Kiyevə gözlənilən səfəri ərəfəsində yazıb.

“Mən özüm fevralda Ukraynaya gedəcəm. Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin mətnlərinin yekunlaşdığını elan edəcəyəm. Həmçinin haqqında danışdığım mərmilərin tədarükü başlayacaq”, - deyə Makron bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş