Macarıstan XİN rəhbəri: "Ukraynaya qoşun göndərmək NATO-nun qərarını pozacaq"

Dünya

03.03.2024 - 22:17

cedabet dərman SEO Xidməti

Siyarto: "Macarıstanın mövqeyi dəyişməz olaraq qalır"

“Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının qərarını pozacaq”.

AYNA-nın “Report”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Kossuth” radiostansiyasının efirində bildirib

“İki il əvvəl NATO-ya üzv ölkələr qərara gəldilər ki, təşkilat müharibə edən tərəf deyil və qurumla Rusiya arasında münaqişənin qarşısını almaq üçün hər şey edilməlidir. Qoşunların göndərilməsindən danışan Qərb siyasətçiləri NATO-nun bu qərarını pozurlar”, - Siyarto vurğulayıb.

O əlavə edib ki, Macarıstanın mövqeyi dəyişməz olaraq qalır - ölkə Ukraynaya əsgər və ya silah göndərməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş