Lukaşenkodan çağırış: “3-4 şarlatanın hiylələrinə aldanmayın”

Dünya

22.06.2020 - 11:33

Həkimlər Klinikalar SEO Xidməti

Belarus lideri əhalini ölkəni qorumağa və şarlatanların fəndlərinə inanmamağa çağırıb

 

Belarus Prezidenti Alexander Lukaşenko əhalini ölkəni qorumağa və şarlatanların fəndlərinə inanmamağa çağırıb. AYNA xəbər verir ki, o bunu İkinci Dünya müharibəsi qurbanlarının anım gününə həsr olunmuş tədbirdə bəyan edib.

 

“Bəzi 3-4 şarlatanın hiylələrinə aldanmayın. Onlar hər şeydən istifadə edəcəklər. İnsanları qarmağa keçirmək üçün min oyundan çıxırlar ki, tərəflərinə çəksinlər. Unutmayın ki, bu mümkün deyil”, - deyə Belarus lideri söyləyib.

 

Qeyd edək ki, prezident seçkilərində Lukaşenkonun əsas rəqibi Viktor Babariko bir neçə gün əvvəl həbs edilib. Bundan sonra minlərlə belaruslu küçələrə çıxaraq etiraz aksiyalarına başlayıb.

 

İyunun 20-də isə bir sosioloji sorğunun nəticəsinə görə, məlum olub ki, Belarus əhalisinin 3,8 faizi, yəni cəmi 263 min nəfər Lukaşenkonun yenidən prezident olmasını dəstəkləyir. 62,6 faiz və ya 4.3 milyon insan Lukaşenkonun prezident kürsüsünü tərk etməsinin tərəfdarıdır. Sorğu iştirakçılarının 72 faizi, yəni demək olar ki, beş milyon insan Lukaşenkodan başqa istənilən namizədə səs verməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş