Fotonu Prezidentin mətbuat katibi yayıb
Belarus Prezidenti Aleksandr Lukaşenkonun yenidən iqamətgahının qarşında əli avtomatlı şəkili yayılıb. AYNA xarici mediaya istinadən bildirir ki, fotonu Prezidentin mətbuat katibi mətbuat katibi Natalya Eysmont yayıb.
“RİA Novosti” Agentliyinin agentliyin əməkdaşı mətbuat katibinə Lukaşenkonun hazırda harada olması və Minskdə baş verən aksiyalara münasibətini öyrənmək istədikdə, Eysmont ona cavab olaraq Prezidentin əlində “Kalaşnikov” avtomatı olan şəklini göndərib.
Xatırladaq ki, ötən həftə də Lukaşenko iqamətgahına helikopterlə enərkən əlində avtomat görünmüşdü.
Qeyd edək ki, artıq Belarusda 3 həftədir ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrinə etiraz mitinqləri keçirilir. Belarus xalqı hazırkı Prezident Aleksandr Lukaşenkonun saxta seçki keçirdiyini hesab edir. Etirazçılar Prezidentin istefasını və yeni seçkilər keçirilməsini tələb edirlər. Lukaşenko isə etirazların Qərb tərəfindən hazırlandığını iddia edir.
Xatırladaq ki, prezident seçkilərinin rəsmi nəticələrinə görə hazırkı Prezident 80 faizdən, müxalifətin namizədi olmuş Svetlana Tixanovskaya isə 10 faizdən bir az artıq səs toplayıb.