Sabah Rusiya və Azərbaycan xarici işlər nazirləri görüşəcəklər
Sabah Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçiriləcək.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya XİN başçısı erməni həmkarı ilə də ayrılıqda görüşəcək.