Müdafiə Nazirliyi: Pilotsuz uçuş aparatımız vurulmayıb

Xəbərlər

25.09.2019 - 15:34

Düşmən tərəf növbəti dezinformasiya xarakterli məlumat yayıb

 

“Ermənistan kütləvi informasiya vasitələrində, guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb. Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil”.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Nazirlik bəyan edib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

 

Qeyd edək ki, bu gün Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı məlumatlar yayılıb.

Müəllif: Ayna.az