Səyyar "ASAN xidmət" gözləyənlərin nəzərinə

Xəbərlər

08.07.2019 - 16:46

"ASAN" daha da asanlaşacaq

 

"Səyyar ASAN xidmət" 1-15 iyul Novxanıda, 1-30 iyul Salyan, Gədəbəy, Qusar, Lerik, Şamaxı, Lənkəran və Biləsuvarda, 10-29 iyul Mərdəkanda, 11-30 iyul Tərtər və Oğuzda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

 

“ASAN xidmət”in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə aşağıdakılar daxildir:

 

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.

Müəllif: Ayna.az