Lavrov: “Qərb Rusiyanı itaətkar ölkəyə çevirmək istəyir”

Dünya

10.02.2021 - 12:15

“Moskva Qərbin sərt müqaviməti ilə üz-üzədir”

 

“Qərb Rusiyanı itaətkar bir ölkəyə və öz maraqlarını təmin etmək üçün əlverişli bir bölgəyə çevirmək istəyir”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

Nazir bildirib ki, Moskva Qərbin sərt müqaviməti ilə üz-üzədir: "Rusiya tərəfindən müstəqil olmaq, müstəqil xarici siyasət hüququnu müdafiə etmək, beynəlxalq hüququ müdafiə etmək kimi hər cür cəhdlər, bizi geniş şəkildə itaətkar etmək istəyən qərbli həmkarlarımızın getdikcə daha sərt müqaviməti ilə üzləşir. Qərb Rusiyanın ümumilikdə təhlükəsizlik, iqtisadi, sosial və siyasi sahələrdə öz maraqlarını irəli sürmək üçün əlverişli bir ərazi olmasını istəyir. Bu cəhdlərin hər keçən gün daha şiddətli hala gəldiyini görürük”.

Müəllif: Ayna.az