Qadın fəalın Rusiya bayrağına görə 3.5 il həbsi tələb olunur
Latviyada prokurorluq rusdilli fəal Yelena Kreileni mənzilin pəncərəsində Rusiya bayrağını nümayiş etdirdiyinə görə 3,5 il həbsini istəyib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Yelenanın əri Andrey məlumat verib.
Rəsmi olaraq, Kreile Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə açıq şəkildə bəraət qazandırmaqda ittiham olunur.
“Bizim yerli hakimiyyət orqanlarını qıcıqlandıran odur ki, onlar milliyyətcə yerli, əsl etnik latışlardır. Əgər rus olsaydı və ya başqa pasportu olsaydı, çoxdan deportasiya olunardı. Bu gün prokuror 3,5 il real həbs istəyib. Onun bəraət alması şansı yoxdur”, - Andrey bildirib.
Əri hesab edir ki, Latviya hakimiyyəti fəalın “ictimai edamını” əmr edib ki, hamı qorxsun.
Fevral ayında Kreilenin Latviyadakı mənzilinin pəncərəsinə HIMARS yazısı olan kərpic atılıb. Və aprelin 3-də o, SSRİ simvollarını nümayiş etdirdiyinə görə saxlanılıb. Qadına qarşı bir neçə cinayət işi açılıb.