Kremldən Estoniyanın hədələrinə cavab

Dünya

24.01.2023 - 17:21

Peskov: “Beynəlxalq dəniz hüququ var, biz bundan çıxış etməliyik”

“Beynəlxalq dəniz hüququ var, biz bundan çıxış etməliyik. Naviqasiya azadlığı məhz bu qanunla təmin edilir”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Estoniyanın Fin körfəzində bitişik zona yaratmaq və bununla da Rusiya üçün gəmiçiliyi məhdudlaşdırmaqla bağlı hədələrinə cavab verərkən deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Estoniya ilə diplomatik münasibətlərinin səviyyəsinin müvəqqəti işlər vəkilinə endirdiyini açıqlamışdı.

Müəllif: Ayna.az