Kreml Avropa İttifaqının yeni sanksiyalar ehtimalına reaksiya verdi

Dünya

10.02.2021 - 15:56

Peskov: “Problemli məsələlərin olmasına baxmayaraq, rəsmi Moskva Aİ ilə dialoqda maraqlıdır”

 

Kremlin Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi ehtimalı ilə bağlı prosesləri izləyir. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

 

Peskov qeyd edib ki, problemli məsələlərin olmasına baxmayaraq, rəsmi Moskva Aİ ilə dialoqda maraqlıdır.

 

Qeyd edək ki, Aİ-nin xarici və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borell 4-6 fevral tarixlərində Moskvada rəsmi səfərdə olub. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb, müzakirələr aparıb.

 

Bir neçə gün sonra isə Borell Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini söyləyib. O, Rusiyanı Aİ ilə konstruktiv münasibətləri bərpa etmək istəməməkdə günahlandırıb.

Müəllif: Ayna.az