Türkiyə Səhiyyə Nazirliyi yeniliklərin uğurlu olacağına ümidlidir
Türkiyə Covid-19 ilə mübarizə üçün yeni tibbi müalicə metodlarını davam etdirir. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi koronavirusla mübarizə və xəstələrin müalicəsi üçün yeni “immun plazma” üsulunun tətbiqinə dair fəaliyyətə start verib.
Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, yeniliklərin uğurlu olacağına ümid böyükdür. Virusdan müalicə alan xəstələrdə plazmanın istifadəsinin elmi əsasları var. Amma “immun plazma”nın uyğun xəstələrə tətbiqi nəzərdə tutulur. Virusla müalicəsi effekt verən, sağalan insanların plazmalarının əldə olunması üçün laboratoriya testlərinin aparılması vacibdir.
Həmçinim “immun plazma” üsulunun tətbiqi xüsusi prosedur olduğundan ölkənin Sosial Təhlükəsizlik Qurumunun müvafiq sənədləri ilə təsdiqlənəcək, bunun üçün əlavə ödəniş olmayacaq.
Qeyd edək ki, hazırda Türkiyədə 15700 nəfərə yaxın insan virusa yoluxub, onlardan 280 nəfəri vəfat edb. Ayrıca, 601 tibb işçisinin də Covid-19-a yoluxduğu qeyd olunur.