“Koronavirusa yoluxanların sayı 1 milyonu ötəcək” - <font color=red> ÜST Baş direktoru</font>

Dünya

02.04.2020 - 06:36

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı yaxın günlərdə artacaq.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

 

“Ölənlərin sayı son bir həftədə iki dəfədən çox artıb. Yaxın bir neçə gündə COVID-19-dan ölənlərin sayı 50 minə, koronavirusa yoluxanların sayı isə 1 milyona çatacaq”-deyə, o bildirib. 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş