Koronavirusa yoluxan Ukraynanın birinci xanımı xəstəxanaya yerləşdirilib

Dünya

16.06.2020 - 13:56

Yelena Zelenskaya müalicəsini xəstəxanada davam etdirəcək

 

Ukraynanın koronavirusa yoluxan birinci xanımı Yelena Zelenskaya xəstəxanaya yerləşdirilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, xanım Zelenskaya müalicəsini xəstəxanada davam etdirəcək.

 

Bundan əvvəl test nəticələri müsbət çıxan Zelenskaya evdə müalicə aldığını bildirmişdi.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskidən və övladlarından da COVID-19 testi götürülüb. Birinci xanımın nəticələri “pozitiv” çıxsa da, Prezident ailəsinin digər üzvlərinin test nəticələri “neqativ” göstərib.

Müəllif: Ayna.az