Virus 11 İsrail vətəndaşının ölkəyə gətirilməsindən sonra qeydə alınıb
İsrail Səhiyyə Nazirliyi bir nəfərdə virusun aşkarlandığını vurğulayıb
Koronavirus bütün dünyada yayılmağa davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, təhlükəli virus İrandan sonra İsraildə də aşkarlanıb.
Belə ki, İsrail Səhiyyə Nazirliyi ölkədə ilk dəfə bir nəfərdə koronavirus (Kovid-19) aşkarlandığını açıqlayıb. Nazirliyin açıqlamasında, Kovid-19-un Yaponiyada karantində olan 11 İsrail vətəndaşının ölkəyə gətirilməsindən sonra qeydə alınıb.
Qeyd edək ki, yeni növ koronavirus ilk dəfə Yaponiyanın paytaxtı Tokyo şəhərində Yokohama dəniz limanına yaxınlaşan sərnişin gəmisində səyahət eden Honq-Konqlu bir sərnişində qeydə alınıb və o, fevralın 4-də karantinə götürülüb.