Kiyevə dronlarla kütləvi hücum 5 saat davam edib

Dünya

28.05.2023 - 12:38

Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir

Mayın 28-nə keçən gecə Kiyev müharibə başlayandan bəri ən kütləvi dron hücumuna məruz qalıb. AYNA xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.

Onun sözlərinə görə, Kiyevə hava hücumu beş saat davam edib. Şəhərdə hava hücumundan müdafiə sistemləri işləyib, amma dronların vurması nəticəsində müxtəlif ərazilərdə dağıntılar olub. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Kiyev meri Vitali Kliçko silsilə partlayışlardan sonra Kiyevdə anbarın dağıdıldığını açıqlayıb. Onun sözlərinə görə, paytaxtın Solomenski rayonunda partlayışlar və yanğın baş verib.

Müəllif: Ayna.az