Yerli əhaliyə də ziyarət qadağan edilib
Səudiyyə Ərəbistanı hökuməti bir müddət əvvəl koronavirus təhlükəsinə görə, xaricdən gələn zəvvarlara ümrə ziyarətlərini qadağan etmişdi. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə hökuməti artıq yerli vətəndaşlara da ümrəni qadağan etməklə Kəbə və “Məscid-ül Haram”a ziyarətləri dayandırıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın yaydığı məlumata görə, hökumətin bu qərarı virus təhlükəsinin yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib. Bununla belə, qərarın mütəmadi olaraq nəzarətdə saxlanacağı və təhlükənin aradan qalxacağı təqdirdə ziyarətlərin yenidən başlayacğı bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi fevralın 27-də COVİD-19 səbəbindən ümrə və “Məscid əl-nəbəvi”yə ziyarətlərin müvəqqəti olaraq dayandırıldığını açıqlamışdı. Ölkədə koronavirusa ilk yoluxma faktı isə martın 2-də qeydə alınmışdı.