"Ukrayna ordusunun logistika mərkəzlərinə zərbələrinə cavab sərt olacaq"
Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Qriqori Karasin Ukrayna Silahlı Qüvvələrinin mülki obyektlərə endirdiyi zərbələrə Rusiyanın cavabının sərt və dərhal olacağını bəyan edib. AYNA.AZ xəbər verir ki, bu barədə deputat “Telegram” kanalında yazıb.
"Əminəm ki, cavab tez və sərt olacaq", - deyə Karasin vurğulayıb.
Xatırladaq ki, 18 iyul 2026-cı il gecəsi Tambov vilayətinin Kotovsk şəhərində və Moskva yaxınlığındakı Elektrostalda yerləşən logistika obyektlərinə hücumlar həyata keçirilib. Ölən və yaralananlar var. Moskva vilayətinin Ekologiya Nazirliyinin məlumatına görə, səyyar ətraf mühit monitorinq stansiyası iki yerdə - Elektrostal və Boqorodskoyedə altı saat işləyib və havada heç bir zərərli çirkləndirici aşkar etməyib.