Möhsün Rzayi: “ABŞ hücumları davam edərsə, İran hücuma keçəcək”

Dünya

18.07.2026 - 13:17

“Tehran təkcə münaqişə zonasında deyil, həm də onun hüdudlarından kənarda yerləşən ABŞ bazalarına hücum edəcək”

“ABŞ iki-üç gün ərzində İslam Respublikasına hücumlarını davam etdirərsə, İran müdafiədən hücuma keçəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rzayi İran dövlət televiziyasına bildirib.

"Əgər ABŞ hücumları növbəti iki-üç gün ərzində davam edərsə, İran İslam Respublikasının Silahlı Qüvvələri çəkindirmə və cavab mərhələsindən hücum və tam məhv mərhələsinə keçəcək. Belə bir halda Tehran təkcə münaqişə zonasında deyil, həm də onun hüdudlarından kənarda yerləşən ABŞ bazalarına hücum edəcək”, Rzayi vurğulayıb.

Bildirib ki, “belə bir halda Tehran təkcə münaqişə zonasında deyil, həm də onun hüdudlarından kənarda yerləşən ABŞ bazalarına hücum edəcək”.

Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İslam Respublikası ərazisinə bir neçə seriya zərbə endiriblər. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq, Tehran ABŞ-ın Yaxın Şərqdəki Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı hədəflərinə zərbələr endirməyə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş