"Azərsilah"ın poliqonunda yanğın olub

Hadisə

19.07.2026 - 12:37

Hadisə nəticəsində xəsarət alan olmayıb

Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş